Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda "atvyorka" (vintaçan) ilə müştərinin atasını döyən taksi sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Şahin İsgəndərov küçəsində yerləşən "Raketa" sağlamlıq düşərgəsinin qarşısında baş verib.
Belə ki, Davud Məmmədov (şərti) onun ad günündə iştirak etmək üçün evinə gələn oğlu Xəqanini və gəlinini yola salmaq üçün "Bolt" şirkətindən taksi sifariş verib.
1996-cı il təvəllüdlü Yusif Camalov (şərti) "Toyota Prius" markalı avtomobillə sözügedən ünvana çatıb.
Davudun oğlu və ailəsi maşına əyləşmək istədikdə qabaq oturacağın normadan çox arxaya verildiyini görüb və sürücüdən oturacağı qabağa verməsini xahiş edib.
Taksi sürücüsü cavab olaraq oturacağın işləmədiyini bildirib. Bu vaxt onlar taksi sürücüsünə sifarişi ləğv edəcəklərini deyiblər.
Amma Yusif çox hirsli tərzdə Davuddan ödəniş tələb edib. "Sən kimsən ki, mənim oturacağımı yoxlamaq istəyirsən, iki manat pul verəsiz deyə n