Bolt sürücüsünün törətdiyi qəzada yaralananlar var TƏBİB

10.04.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1 kişi, 1 qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü (kişi) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın) şəxsə isə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью