Bolt un Komfort+ kateqoriyasından Çin istehsalı olan avtomobillər çıxarılacaq?

30.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bolt" taksi şirkətinin "Komfort+" kateqoriyasından bəzi avtomobillərin çıxarılacağı iddia olunub.

Oxu.Az xəbər verir ki, sözügedən kateqoriyadan Çin istehsalı olan avtomobillərin (BYD, "Changan") çıxarılacağı xüsusilə vurğulanıb.

Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Çin istehsalı olan avtomobillərin "Bolt"un "Komfort+" kateqoriyasından çıxarılması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil:

"Mayın 5-dən etibarən "Bolt"un qlobal siyasətinə əsasən, kateqoriyaların standartlaşdırılması istiqamətində bəzi addımlar atılacaq. Bu dəyişikliklərdən biri "Komfort" və "Komfort+" kateqoriyalarının birləşdirilməsidir. Bu baxımdan, konkret olaraq Çin istehsalı olan avtomobillərin hər hansı bir kateqoriyadan çıxarılması ilə bağlı söhbət gedə bilməz".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью