“Bolt”un sürücüsü qiymətə görə sərnişini döyüb

25.11.2025

Icma.az, Tribuna saytına istinadən bildirir.

Bakıda müştərini döyən “Bolt” taksi şirkətinin 1985-ci il təvəllüdlü sürücüsü B.Hümbətovun məhkəmə prosesi başa çatıb.

Tribuna-ın Teleqraf-ın məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, sürücünün azadlığı 9 ay müddətinə məhdudlaşdırıb.

Hadisəyə isə qiymət üzərində yaranan mübahisə səbəb olub.

Belə ki, müştəri Əlişir Quliyev (ad soyad şərtidir) sifariş verərkən məbləğin 9 manat 67 qəpik yazıldığını görüb. Taksi sürücüsü şəxsi işi ilə bağlı bir əşyanı çatdırmaq üçün marşrutu dəyişib. Nəticədə yol uzandığından sifarişin qiymətində 4 manatlıq fərq yaranıb. Bundan sonra 13.66 AZN-lik məbləğ üzərində tərəflər arasına yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Zərərçəkən şəxs məhkəmədə B.Hümbətovu bağışlamadığını, ona ən ağır cəzanın verilməsini xahiş edib.

Qeyd edək ki, “Bolt” sürücüsü daha öncə də müxtəlif səbəblərdən məsuliyyətə cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью