“Boluspor” uduzdu, Vüsal cəzalandırıldı

15.03.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə I Bundesliqasında XXX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Ümraniyəspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Vüsal 88-ci dəqiqədə Enes Aliçi əvəzləyib.

29 yaşlı forvard 90+6-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.

Aktivində 44 xalı olan “Boluspor” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью