Bomba atılır və mən buna çox əsəbiləşirəm Tramp

25.08.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna və Avropa liderləri ilə görüşdən sonra təkrar telefon danışığı olub.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlayıb.

"Onunla etdiyim hər söhbət yaxşı müzakirədir. Sonra təəssüf ki, Kiyevə, ya da harasa bomba atılır və mən buna çox əsəbiləşirəm. Düşünürəm ki, biz müharibəni bitirəcəyik. Bu, çətin işdir”, - deyə Tramp bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Putin müharibəni bitirmək istəyib. Tramp Putinin Alyaskaya gəlməsini bu istəyinin ən böyük göstəricisi adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью