Bomba iddiası səbəbilə təyyarə ləngidi

30.05.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Türkiyənin paytaxtı Ankaradan Diyarbəkirə uçan “Ajet” təyyarəsi bomba iddiası səbəbilə gecikib.

Sfera.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, uçuşdan əvvəl 3 sərnişin "bomba" sözündən istifadə edərək öz aralarında zarafatlaşmağa başlayıb.

Kabin gözətçisinin məlumatı ilə polis təyyarədə bomba axtarmağa başlayıb, sərnişinlər isə terminala aparılıb.

Təyyarədə hər hansı neqativ hal aşkarlanmayıb. Lakin hadisə uçuşun ləngiməsinə səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью