Bomba təhdidi “Wizz Air” təyyarəsini məcburi enişə yönəltdi

02.11.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London–Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhdidi səbəbindən Macarıstanın paytaxtı Budapeştə yönləndirilib.

Gununesi.info xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi “Facebook” hesabında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarəni müşayiət etmək məqsədilə Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi havaya qaldırılıb. Sərnişin təyyarəsi daha sonra Budapeşt hava limanına eniş edib.

“Wizz Air” aviaşirkətindən 24.hu xəbər portalına bildiriblər ki, hazırda təyyarədə və sərnişinlər arasında təhlükəsizlik məqsədilə yoxlama aparılır.

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью