Bomba təhdidinə görə London Sofiya reysi ilə uçan təyyarə Budapeştə yönləndirilib

02.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

London–Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhdidi səbəbindən Macarıstanın paytaxtı Budapeştə yönləndirilib.

APA xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi “Facebook” hesabında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarəni müşayiət etmək məqsədilə Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi havaya qaldırılıb. Sərnişin təyyarəsi daha sonra Budapeşt hava limanına eniş edib.

“Wizz Air” aviaşirkətindən 24.hu xəbər portalına bildiriblər ki, hazırda təyyarədə və sərnişinlər arasında təhlükəsizlik məqsədilə yoxlama aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью