Bombardirin taleyinə aydınlıq gəldi

06.07.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

2-ci Liqadakı mübarizəni 51 xalla 3-cü pillədə başa vuran "Quba"nın hücumçusu Vidadi Cəfərovun bölgə təmsilçisindəki taleyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 qolla bombardirlər yarışını 2-ci pillədə tamamlayan forvard yeni mövsümə "Quba"da başlamayacaq.

Sözügedən oyunçunun hansı komandaya qoşulacağı indilik dəqiqləşməyib. Hazırda bir neçə təklif alan Cəfərov xidmətində maraqlı olan klublarla danışıq aparır.

 Xatırladaq ki, Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in heyətində 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olmuşdu.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью