Bombardirlik yarışında “qırğındır” DÇ 2026

23.06.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Bombardirlik yarışında “qırğındır” - DÇ-2026

DÇ-2026-da “Qızıl buts” uğrunda mübarizədə son vəziyyət açıqlanıb.

QOL.az xəbər verir ki, bombardirlik yarışında siyahıya Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.

38 yaşlı hücumçunun hesabında 2 oyundan sonra artıq 5 qol var. Messi hazırda turnirin bombardirlər yarışında ən yaxın izləyiciləri Kilian Mbappe və Erlinq Holandı bir top qabaqlayır.

İlk “beşlik” belədir:

1. Lionel Messi (Argentina) – 5 qol
2. Kilian Mbappe (Fransa) – 4 qol
3. Erlinq Holand (Norveç) – 4 qol
4. Deniz Undav (Almaniya) – 3 qol
5. Conatan Devid (Kanada) – 3 qol

Qeyd edək ki, DÇ-2026-nın bombardirinə turnirin sonunda ənənəvi olaraq “Qızıl buts” mükafatı təqdim olunacaq. Messi daha əvvəl DÇ-2022-də 7 qolla yarışda ikinci olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью