Bommelin “Milan” arzusu

18.05.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Milan”ın sabiq futbolçusu Mark van Bommel açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis A Seriyasında işləmək arzusundan danışıb:

“Bütün məşqçilər üçün A Seriyasında işləmək böyük çağırışdır. Çünki burda səviyyə yüksəkdir. Özümü sınamaq istərdim, dominant futbol arzulayıram. “Milan”ı evim hesab edirəm. Bura futbolçu kimi gec gəlsəm də, qısa müddətdə bağlandım. Düzdür, bir müddət adım klubla hallandı, ancaq rəsmi təklif yox idi”.

Bommel 2011/12 mövsümündə “Milan”da çıxış edib. O, məşqçi kimi PSV, “Volfsburq” və “Antverpen”də işləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью