Bon Jovi konsertini yarımçıq qoydu Səbəb

24.07.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı musiqiçi Con Bon Covi Nyu-Yorkdakı konsertini qəfildən yarımçıq dayandırıb.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

64 yaşlı sənətçi iyulun 23-də "Bon Jovi" qrupunun "Forever" turu çərçivəsində ardıcıl doqquz şoudan səkkizincisini keçirirdi.

"Livin' On A Prayer" mahnısını ifa etdikdən sonra müğənni davam edə bilməyəcəyini deyib. Şahidlərin sözlərinə görə, o, "Bağışlayın, ağrılarım var və sizə əla şou göstərə bilmirəm", - deyib. Daha sonra musiqiçi izləyiciləri biletləri atmamağa çağırıb.

"Sadəcə onları saxlayın, görüşü necə başqa vaxta keçirəcəyimizi düşünəcəyik", - deyə Bon Covi söz verib.

Aparıcı Cerri Breyden "X" sosial şəbəkəsində sənətçinin sinus infeksiyası ilə mübarizə apardığını yazıb.

İndi onu səngərdə bəs üşütmürmü qar, külək? - Əhməd Cəmil İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью