“Bona Dea” klinikası “Məlhəm Beynəlxalq Hospital”a qarşı

23.01.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Məlhəm Beynəlxalq Hospital” məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən hospitalla bağlı iddianı özəl tibb mərkəzi olan “Bona Dea” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.

İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 25 fevral tarixində hakim Günay Həşimovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Məlhəm Beynəlxalq Hospital”ın icraçı direktoru Sevda Əlizadədir.

Tərəfləri dinləməyə hazırıq.

Roman

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью