Bond cani obrazını canlandıran aktyor Brüs Qlover ölür

01.04.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı aktyor Brüs Qlover 92 yaşında vəfat edib.

Bu barədə Washington Post xəbər verir.

Aktyorun oğlu Krispin Qloverin dediyi kimi, atası martın 12-də Los-Anceles xəstəxanasında dünyasını dəyişib. Lakin o, konkret ölüm səbəbinin adını çəkməyib.

Aktyor bir sıra epizodik rollarda ad çıxarıb, lakin onun ən böyük populyarlığı Ceyms Bond 007 seriyasından Almazlar Əbədidir filmindəki nəzakətli, lakin soyuqqanlı qatil Mister Vint rolu və Chinatown filmindəki Daffi rolu sayəsində olub.

Bundan əvvəl amerikalı aktyor Riçard Çemberlenin 90 yaşında dünyasını dəyişdiyi bildirilirdi.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью