Bond filminin aktyoru 90 yaşında vəfat edib

16.05.2025

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ceyms Bond haqqında üç filmdəki rolları ilə məşhurlaşan amerikalı aktyor Co Don Beyker mayın 7-də 89 yaşında vəfat edib. AzPost bildirir ki, onun ölümü ilə bağlı məlumatı Legacy.com saytı yayıb, lakin ölüm səbəbi açıqlanmayıb.

Beykerin ən yaddaqalan Bond rolu The Living Daylights (1987) filmində əsas cani olan silah satıcısı Uitaker rolu olub. Bu film Soyuq Müharibə qarşıdurmasına həsr olunmuş seriyanın sonuncusu hesab olunur.

Aktyor daha sonra “Qızılgöz” (1995) və “Sabah heç vaxt ölməz” (1997) filmlərində çəkilib, burada Bonda kömək edən MKİ rezidentini canlandırıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью