Bonifeysin Milan a keçidi baş tutmayıb

25.08.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bayer"in hücumçusu Viktor Bonifeysin "Milan"a keçidi baş tutmayıb.

Apasport.az xəbər verir ki, nigeriyalı futbolçu tibbi yoxlanışdan keçə bilməyib.

A Seriyası təmsilçisi 24 yaşlı oyunçunun sağ dizində olan zədəyə görə transferdən imtina edib. Futbolçu Almaniyaya geri qayıdıb.

Qeyd edək ki, "Milan" "Bayer"lə Nigeriya millisinin üzvünü 24 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək üçün razılıq əldə etmişdi.

"Tottenhem"ə yox dedi, sabiq klubu hərəkətə keçdi "Atalanta"nın forvardı "Beşiktaş"da Belçikalı qolkiper "Yunayted"in radarında Günün oyunları bu kanallarda Okan Buruk: “Oyunçu satmağı düşünmürük”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью