Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Almaniyanın Bonn Universitetinin nümayəndələri professor Maximilian Veigend, Tim Böhnert, Anne Joberger, Annett Kramer və Patrik Barç Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva almaniyalı mütəxəssislərlə görüş zamanı bu elmi müəssisənin fəaliyyəti, beynəlxalq layihələri və aparılan tədqiqat işləri barədə məlumat verib.

Sonra qonaqlar institutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Səfər zamanı almaniyalı alimlər Azərbaycanda geofitlərin təkamülü və sistematikasının öyrənilməsi, eləcə də müəyyən bitki qruplarının taksonomik xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə Herbari Fondunda tədqiqatlar aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью