Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın “Nitsa” komandasının vingeri Jeremi Boqa yaxın vaxtlarda “Yuventus”un heyətinə qoşula bilər. 29 yaşlı futbolçu müqavilə imzalamaq üçün artıq Turinə yollanıb.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Kot-d’İvuarlı futbolçu tibbi baxışdan keçdikdən sonra “Yuventus”la müqavilə bağlayacaq. Boqa A Seriyasında çıxış təcrübəsinə malikdir. O, daha əvvəl “Atalanta” və “Sassuolo”nun formasını geyinib.
Cari mövsümdə Boqa Fransa Liqa 1-də 14 matçda iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.