Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. Türkiyədə qeyri-adi olay yaşanıb.
Milli.Az xəbər verir ki, Eyüpsultan bələdiyyəsinin borca qarşı tarixi qəbiristanlıqdan yer təklifi müzakirələrə yol açıb.
Eyüpsultan Bələdiyyəsinin mətbəə işinə baxan Yılmaz Kurt adlı sahibkara 4 milyon liraya yaxın borcunu ödəməməsi mübahisə yaradıb.
Qanuni yollarla borcunu tələb edən Kurt bələdiyyənin borca qarşılıq ona tarixi qəbiristanlıq ərazisini təklif etməsinə etiraz edib.
Kurtun sözlərinə görə 2023-cü il dekabrın 29-da mətbəə işləri tamamlanaraq bələdiyyəyə təhvil verilib, lakin ödənişlər edilməyib.
Bu səbəbdən Kurt hüquqi prosesə başlayaraq bələdiyyədən borcunu tələb edib.
Cavab olaraq ona Eyüpsultanın Ağaçlık məhəlləsində yer təklif edildiyi bildirilib.
Lakin Kurtun araşdırmaları nəticəsində məlum olub ki, bu ərazi tarixi qəbiristanlıqdır.