Borc içində olan təqaüdçülərə rahat nəfəs: Yeni limit tətbiq edilir

02.06.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

2025-ci ilin iyul ayından etibarən Almaniyada borca düşmüş təqaüdçülər üçün sevindirici dəyişiklik gəlir. Onların əmək haqqı əlavələri üçün qorunma limiti artır.

Yenisabah.az xəbər verir ki, limit iyul ayında artacaq.

Hazırda pensiyaçıların ən azı 1499,99 avro gəliri müsadirədən azaddır . Bu məbləğ himayədarı olmayan şəxslərə şamil edilir. Ailəsini dolandıran və ya aliment ödəyən təqaüdçülər üçün müdafiə limiti daha yüksəkdir.

Əmək haqqının qorunması dedikdə, hansısa kredit borcu, zamin öhdəliyi yaxud girov qoyuluşu zamanı pensiya kapitalının müsadirə edilməməsi zəmanəti nəzərdə tutulur.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью