Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik Avetisyan

25.11.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

2024-cü ilin oktyabr ayının sonuna Ermənistanın dövlət borcu 12,6 milyard dollar təşkil edir. Yaxın üç il ərzində bu borcun 30%-i ödənilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri erməni iqtisadçı Ovannes Avetisyan qeyd edib.

O, müqayisə üçün bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi il – 2018-ci iln sonunda ölkənin dövlət borcu 6,9 milyard dollar idi.

Onun sözlərinə görə, 2023-cü ildə hökumət xarici kreditlər üzrə 157,6 milyon ABŞ dolları, daxili borc üzrə isə 157,3 milyard dram faiz ödənişi həyata keçirib.

“Ermənistan zəif və çürüyən vəziyyəti alır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью