Borc üstündə ATIŞMA: yeniyetmə oğlan öldü

26.06.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin İstanbul şəhərində silahlı insident ölümlə nəticələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ümraniye qəsəbəsində baş verib. İki qrup arasında borc məsələsinə görə yaranan mübahisə silahlı qarşıdurmaya çevrilib.

Məlumata görə, 17 yaşlı Arda Berk Aktaş və dörd dostu qarşı tərəfin olduğu küçəyə avtomobillə gəlib. Küçədə qarşılaşan qruplar arasında əvvəlcə mübahisə yaşanıb, daha sonra isə tərəflər bir-birinə atəş açıblar.

Atışma zamanı avtomobildə olan Arda Berk Aktaş ağır yaralanıb. Onunla birlikdə olan daha bir nəfər, eləcə də qarşı tərəfdən bir nəfər güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən Arda Berk Aktaşı xilas etmək mümkün olmayıb.

Cinayət Axtarış Şöbəsinin əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq hadisədə iştirak edən 13 şübhəlini müəyyən edərək, saxlayıb. Onlardan 12-si məhkəmənin qərarı ilə həbs olunub, bir nəfər isə sərbəst buraxılıb.

İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər hadisədən sonra təhlükəsizlik kameralarının görüntülərini silməyə cəhd ediblər. Onların gizləndiyi ünvanlara keçirilən əməliyyat zamanı 3 odlu silah aşkarlanaraq götürülüb.

Hadisə anını əks etdirən görüntülər də yayılıb. Faktla bağlı araşdırma davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью