Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Sumqayıt şəhərində 1968-ci il təvəllüdlü Hikmət şəxsi münasibətlər zəminində yaranan m
Ağdam rayon sakini Hikmət həmin gün saat 10:00-da Elçin ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu vuraraq müx
Hadisəni törədən Hikmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hikmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, dekabrın 16-da Elçin ondan borca pul alıb və vaxtında geri qaytarmayıb: “Mən kirayədə qaldığıma görə kirayə pulun verə bilməmişəm və danışdıqdan sonra Elçin yanıma gəldi.
Aramızda söz söhbət düşdü. Bu zaman əsəbləşərək Elçinin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşam. Bundan sonra biz aralanaraq getdik”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçinin sözlərinə görə, Hikmətdən borca pul alıb və 15-20 gün müddətinə qaytaracağını bildirib: “Lakin imkanım olmadığına görə pulu geri qaytara bilmədim.
Hikmət məndən pulunu tələb etməyə davam etdi. Mən Hikmətlə görüşdüm və həmin vaxt aramızda mübahisə düşdü.