Borca görə axtarışda olan 30 nəfər saxlanılıb

04.11.2024

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью