Borca görə axtarışda olan 45 nəfər saxlanılıb

03.12.2024

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью