Borca görə döyülən Azəriqaz əməkdaşı: “Vur, ölsün dedilər”

03.02.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ata və oğul tərəfindən evə dəvət edilərək döyüldüyü iddia olunan "Azəriqaz" əməkdaşı baş verənlərlə bağlı danışıb.

Milli.Az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin xəsarət alan əməkdaşı Müzəffər Müzəffərov bildirib ki, indiyədək həmin ailə ilə aralarında heç bir münaqişə olmayıb. Onun sözlərinə görə, hadisə baş verən gün İntiqam Xıdırov yaranmış borc məsələsinə aydınlıq gətirmək məqsədilə onu yaşadığı ünvana çağırıb.

M.Müzəffərov qeyd edib ki, ünvana çatdıqdan sonra İntiqam Xıdırovun atası söhbətə qoşularaq ona qarşı nalayiq ifadələr işlətməyə başlayıb. O isə yalnız oğul ilə danışmaq istədiyini bildirib. Bu zaman İntiqam Xıdırov onu qolundan tutaraq kənara çəkib. Zərərçəkən əvvəlcə bunun onu atasından uzaqlaşdırmaq cəhdi olduğunu düşünsə də, az sonra ayağına zərbə endirilərək yerə yıxıldığını deyib. Bundan sonra ata və oğul birlikdə onu döyməyə başlayıblar.

Zərərçəkənin sözlərinə görə, döyüldükdən sonra qan içində vəziyyətdə qoyularaq hadisə yerindən uzaqlaşıblar:

"Yarım dəqiqə, bəlkə də bir dəqiqə ərzində məni vurdular. Atası oğluna 'vur, ölsün' deyirdi. Sanki qisas alırdılar. Sonra gedib çıxdılar. Qonşular kömək etdi. Vəziyyətim ağırlaşdığı üçün 103-ə zəng etdim".

Hadisədə adı hallanan Novruz Xıdırovun yaxınlıqda yaşayan digər oğlu Rövşən Xıdırov isə bildirib ki, uzun müddətdir atası və qardaşı ilə münasibətləri yoxdur. 

Asya
Milli.Az  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью