Borçalıda 4 bal gücündə zəlzələ oldu

03.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsinin Dmanisi rayonunda zəlzələ baş verib.

Modern.az xəbər verir ki, yeraltı təkanlar bu gün, sentyabrın 3-də saat 03:28-də qeydə alınıb.

Maqnitudası 3,2 olan zəlzələnin episentri Dmanisidən 19 kilometr şimal-qərbdə yerləşib. Ocaq 10 kilometr dərinlikdə olub.

Zəlzələnin episentrində təkanların gücü 4 bal təşkil edib.

Yeraltı təkanlar qonşu Ermənistanın Şirak və Lori vilayətlərində də hiss olunub. Burada zəlzələnin gücü 2-3 bal arasında qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью