Borçalıda aeroport tikilir

26.06.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze  parlamentdə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.

Modern.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, Baş nazir İrakli Kobaxidze 2027-ci ilin sonunda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisinə başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb.

"Hazırda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisi üzrə hazırlıq işləri aktiv şəkildə davam etdirilir. Tikinti prosesinə 2027-ci ilin sonunda başlanılması, layihənin isə 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır".

Baş nazirin sözlərinə görə, Telavi və Mestia hava limanlarında yeni terminalların tikintisinə də yaxın vaxtlarda start veriləcəyini söyləyib: 

Qeyd edək ki, Vaziani kəndi Gürcüstanın cənub-şərq hissəsində, azərbaycanlıların kompakt yaşadığı Qardabani bələdiyyəsinin ərazisində yerləşir. Yaşayış məntəqəsi Qardabani şəhərindən təxminən 23 kilometr şimal-şimal-qərb istiqamətində (birbaşa xətt üzrə) məsafədə yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью