Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda "Bakı", "Qarabağ", "Zirə" klublarında işləmiş, hazırda Şimali Makedoniya Futbol Federasiyasında təhsil mərkəzinin direktoru və yeniyetmələrdən ibarət milli komandaların hazırlıq strategiyasına rəhbərlik edən Borçe Xristovun Sportal.az-a müsahibəsi - Şimali Makedoniyada işləriniz necə gedir?
- Təbii ki, federasiyada mənim öhdəliklərim var. Hazırda mən UEFA B lisenziya seminarındayam, yavaş-yavaş üzərimdə olan öhdəliklərə uyğunlaş
Azərbaycana gəlincə, mən dəfələrlə demişəm ki, orada özümü evimdəki kimi hiss edirəm.
Dostlarım və həmkarlarımla müntəzəm olaraq əlaqə saxlayıram. Təbii ki, Azərbaycan üçün darıxıram.
- Şimali Makedoniyada artıq nələri edə bilmisiz? Nələri dəyişmisiz?
- Təhsil Mərkəzindəki vəzifələrimlə yanaşı, gənclərin kateqoriyaları üçün milli futbol strategiyasının hazırlanması ilə məşğulam.
Bir sözlə, bu, klub akademiyalarında, Futbol Federasiyasının tabeliyindəki akademiyalarda, eləcə də gənclər kateqoriyası üzrə milli komandalarda həyata keçiriləcək oyun modelidir.