Borclar klub üçün 12 xal itkisi ilə nəticələnə bilər

19.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Borclar klub üçün 12 xal itkisi ilə nəticələnə bilər

“Şeffild Yunayted” klubu 12 xallıq cəza ilə üzləşə bilər.

QOL.az xəbər verir ki, klubun satışında yaranan maliyyə problemi səbəbindən İngiltərə Futbol Liqası (EFL) araşdırmalara başlayıb.

“Daily Mail” nəşrinin məlumatına görə, klubun yeni sahiblərinin “Şeffild Yunayted”i almaq üçün istifadə etdiyi şirkət 35 milyon funt sterlinq borcla bağlı məhkəmə qərarı ilə ləğv olunub.

Bu qərardan sonra İngiltərə Futbol Liqası (EFL) məsələnin liqa qaydalarının pozulması olub-olmadığını araşdırmağa başlayıb. Qaydaların pozulduğu təsdiqlənərsə, “Şeffild Yunayted” 12 xal cəzası ala bilər.

EFL məsələnin araşdırıldığını və klubun mülkiyyət strukturundakı dəyişikliklərlə bağlı digər hüquqi və inzibati məsələlərin də nəzərdən keçirildiyini açıqlayıb.

Qeyd edək ki, yekun qərar EFL-in araşdırmasından sonra veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью