Borcların icrası qaydalarına dəyişiklik edilir

13.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi ilə bağlı qanunvericiliyə yeni maddə əlavə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Əli Hüseynli Milli Məclisin bu gün keçirilən iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, bir müddət əvvəl “İcra haqqında” Qanuna ciddi dəyişikliklər edilib və son statistik göstəricilər müsbət dinamika nümayiş etdirir.

Onun sözlərinə görə, hazırda icra prosesində tələbin borclunun əmlakına və pul vəsaitlərinə yönəldilməsi nəzərdə tutulsa da, qiymətli kağızlarla bağlı müvafiq mexanizm mövcud deyil. Bu səbəbdən qanuna 46.1-ci maddənin - “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” maddəsinin əlavə olunması təklif edilir.

Əli Hüseynli bildirib ki, yeni müddəaya əsasən, icra borclunun üzərində aşkar edilən, onun adına qeydiyyata alınmış sənədsiz və depozitdə saxlanılan qiymətli kağızlara yönəldilə biləcək.

Bununla əlaqədar “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, belə hallarda icra məmurunun sorğusu əsasında qiymətli kağızlarla bağlı müvafiq məlumatların təqdim edilməsi mümkün olacaq.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью