Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Encom Construction” Qapalı Səhmdar Cəmiyyət (QSC) cərimə olunub.
Modern.az Yurd.Media-ya istinadən xəbər verir ki, “Encom Construction” QSC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Buna görə də QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə QSC 1500 manat cərimə edilib.
Qeyd edək ki, “Encom Construction” tikinti sahəsində 2009-cu ildən fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır. Rəhbəri Akif Əsədovdur. Şirkətin nizamnamə kapitalı cəmi 2 min manatdır, dövlət qarşısında yığılmış vergi borcu isə 1,1 milyon manata çatıb.