Borcunu istəməyə gəlmişdi, görün başına nə gəldi

27.12.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Borcunu istəməyə gəlmişdi, görün başına nə gəldi

İstanbulun Eyüpsultan şəhərində zərgər Kotan D. borcunu istəmək üçün iş yerinə gələn müştərisi Müsamettin B.-ni güllələyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Eyüpsultan Alibeyköydə baş verib. Belə ki, 62 yaşlı Müsamettin B. borcunu geri almaq üçün Vardar bulvarında zərgər işləyən Kotan D.-nin yanına gedib. Tərəflər bir müddət mübahisə etdikdən sonra zərgər Kotan D. piştaxtanın altından silahını çıxararaq Müsamettin B.-ni ayağından vurub.

Hadisədən sonra Kotan D. polis bölməsinə gedərək təslim olub, yaralanan Müsamettin B. isə xəstəxanaya çatdırılıb.

Polis bölməsində ifadəsi tamamlanan Kotan D. məhkəməyə aparılıb. O, hakim tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью