Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentyabrın 2-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 48 cinayət hadisəsinin açılması təmin edilib.
"Yeni Sabah" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin də açılması təmin olunub.
Hesabat günündə axtarışda olan ümumilikdə 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 91-i borclu şəxs qismində axtarışda olub. Sezar pizza
Bundan əlavə, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.