Borel 1 milyon mərminin ilin sonuna qədər Kiyevə tədarükünün tamamlanacağına söz verib

12.11.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Kiyevdə Vladimir Zelenski ilə görüşü zamanı Aİ tərəfindən Ukraynaya veriləcək 1 milyon mərminin tədarükünün 2024-cü ilin sonuna qədər tamamlanacağına söz verib.

APA xəbər verir ki, Borel “X” platformasında Zelenski ilə görüşü zamanı ona Aİ-nin 1 milyon mərminin tədarükü hədəfini ilin sonuna qədər yerinə yetirəcəyini bildirdiyini açıqlayıb.

Qeyd edək ki, Borel artıq üç gündür Kiyevdə vida səfərindədir. O 1 dekabr tarixindən etibarən pensiyaya çıxacaq və onun yerini estoniyalı Kaya Kallas alacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью