Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir

20.11.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Avropa ölkələri, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar üçün Moskvadan dəvət alsalar, qəbul etməlidirlər.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Pistorius noyabrın 20-si Varşavaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin təklifi barədə fikirlərini bildirib.

"Moskvaya dəvətdən imtina etmək tamamilə yanlış siqnal olardı. Biz danışmalıyıq. Yalnız dialoq aparan kəs sonda nəticələrə nail ola bilər", - nazir deyib.

Pistoriusun sözlərinə görə, danışıqlarda nəticələrə nail olmaq imkanı ilk növbədə Putindən asılıdır. Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə görüşündən sonra dialoq təklifi ilə çıxış edib.

Nazir əlavə edib ki, əgər Putin Avropa nümayəndələrini Moskvaya dəvət edərsə, bu, alqışa layiq bir addım olacaq. Eyni zamanda Pistorius vurğulayıb ki, danışıqların əsas nəticələrindən biri atəşkəs olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью