Boris Pistorius: İndi Ukraynada sülhdən danışmağın yeri deyil AZƏRTAC

19.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 noyabr, AZƏRTAC

İndi Ukrayna müharibəsində sülhdən danışmaq üçün münasib zaman deyil.

AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

“Almaniyada və ya Avropanın digər ölkələrində hər kəs başa düşməlidir ki, indi sülh haqqında danışmaq üçün münasib zaman deyil”, - deyə o bildirib. Nazirin sözlərinə görə, Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı Moskvanın mövqeyinə təsir etməyib.

“Düşünürəm ki, telefon söhbəti hamının ümid etdiyi qədər effektli olmayıb”, - deyə nazir vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью