Borisov: “Son addım qalıb”

09.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb – 7:0.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov açıqlama verib:

“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью