Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Brexitin ölkəyə qazandırdığından daha çox itkiyə səbəb olduğunu bildirərək Avropa İttifaqı (Aİ) ilə yeni müqavilə imzalamaq niyyətində olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Britaniya mətbuatının məlumatına görə, Börnhem Brexitin uğursuz olduğunu bəyan edəcək. Bu, onun ölkənin Aİ-dən çıxmasına qarşı səsləndirdiyi növbəti tənqid olacaq.
Börnhem şənbə günü Uels Leyborist Partiyasının konfransında çıxışı zamanı Britaniyanın Aİ-dən ayrılmaqla "qazandığından daha çox itirdiyini" bildirib.
Baş nazir bu həftə keçiriləcək sammit çərçivəsində Avropa liderləri ilə görüşəcək. O, qida və kənd təsərrüfatı, emissiya ticarəti, eləcə də gənclərin mobilliyini asanlaşdıran proqramlar kimi sahələrdə yeni razılaşmalar əldə etməyi hədəfləyir.
Börnhemin iddiasına görə, bu razılaşmalar Böyük Britaniyanın ümumi daxili məhsulunu (ÜDM) 0,4 faiz, yaxud təxminən 17 milyard funt sterlinq artıra bilər.
Aytən Yaşar/ Turkustan.az