Börnli nin hücumçusu Armando Broya Barselona ya təklif edilib

20.04.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İngiltərənin "Börnli" klubunun futbolçusu Armando Broya karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı forvard agentlər vasitəsi ilə "Barselona"ya təklif olunub.

Kataloniya təmsilçisi öz növbəsində hücum xəttini gücləndirmək üçün əlverişli variantlar axtarmağa davam edir. Ölkə çempionu hazırkı iqtisadi vəziyyət fonunda icarə müqavilələrinə və ya ucuz transferlərə də diqqət yetirir.

Albaniyalı oyunçu Broya da "Barselona"ya keçmək istədiyini bildirib.

Xatırladaq ki, Armando Broya cari mövsüm 24 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью