“Bornmut” 35 milyona hücumçu alır

25.01.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərənin “Bornmut” və Braziliyanın “Vasko da Qama” klubları braziliyalı hücumçu Rayanın transferi ilə bağlı bütün detalları razılaşdıraraq müqavilə bağlayıblar.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, futbolçu artıq İngiltərəyə yollanıb və 26 yanvarda tibbi baxışdan keçəcək.

Razılaşmaya əsasən, “Bornmut” “Vasko da Qama”ya 28,5 milyon avro sabit məbləğ və əlavə olaraq 6,5 milyon avro bonuslar formasında ümumilikdə 35 milyon avro (70 milyon AZN) ödəyəcək.

Rayan “Vasko da Qama”nın əsas komandasında 2023-cü ilin yayından çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 99 matçda meydana çıxaraq 25 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla qüvvədə olan müqaviləsi 2028-ci ilin sonuna qədərdir. Transfermarkt portalına görə futbolçunun bazar dəyəri 25 milyon avrodur (50 milyon AZN).

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью