Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut" Almaniyanın "Bayer Leverkuzen" klubundan Amine Adlini heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, 25 yaşında olan sol cinah hücumçusu ilə 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Amine Adli ötən mövsüm "Bayer Leverkuzen" heyətində 28 oyun keçirib 2qol vurub və 1 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ