Bornmut klubunun futbolçusu ayağı sındığı üçün mövsümü başa vurub | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının təmsilçisi "Bornmut"un futbolçusu Evanilsonun ayağı sındığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat olunan Braziliya millisinin üzvü bərpa prosesinə başlayıb.
Onun ayağı Premyer Liqanın XX turunda keçirilən "Everton"la matçda sınıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu "Bornmut"a cari mövsümün əvvəlində 37 milyon avroya Portuqaliyanın "Portu" kollektivindən keçib.
Bu, İngiltərə klubunun tarixində ən bahalı transfer olub. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu