Borrel Makron administrasiyasının cinayətlərinə şərik olur | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumat yayır. Türkiyənin Bakıdakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin
“Fransızlar tərəfindən qeyri-insani üsullar Martinika və Qvadelupada da tətbiq edilib.
Eyni zamanda, Aİ dəfələrlə baş verənlərə göz yumaraq siyasi abırsızlıq nümayiş etdirib”, - deyə o vurğulayıb.Hulusi Kılıç Avropanı bağ ilə, bütün qalan dünyanı isə cəngəlliklə müqayisə edən Cozep Borrelin sözlərini də xatırladıb.
“Beləliklə, Aİ-nin ali nümayəndəsi faktiki olaraq dünya birliyinə hörmətsizlik edib və onu təhqir edib.
Bununla əlaqədar olaraq, Emmanuel Makron administrasiyasının müstəmləkəçilik kursu ünvanına dəstək ifadələri, eləcə də Brüsselin iqlim dəyişikliklərinin nəticələrinə diqqət yetirməməsi qeyri-adi görünmür”, - deyə Türkiyə diplomatik missiyasının keçmiş rəhbəri bildirib.O qeyd edib ki, Yer kürəsində iqlim dəyişikliyinin əsas mənbəyi Fransa kimi sənaye cəhətdən inkişaf etmiş ölkələrdir, buna görə də Paris digərlərindən də artıq iqlim böhranına görə məsuliyyət daşımalıdır.
“Fransadan Bakıda keçiriləcək qlobal iqlim sammitində iştirakdan imtinanın səbəbləri ilə bağlı açıqlamanı, Aİ nümayəndələrindən isə COP29 ərəfəsində boykot çağırışları və anti-Azərbaycan isteriyasının izahını eşitmək istərdim”, - deyə Kılıç əlavə edib.Kılıç COP29-u Azərbaycanın növbəti böyük uğuru və ölkənin dünyada imicinin möhkəmlənməsinə töhfə adlandırıb.
Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu