Borrell: Aİ qışın sonuna qədər 75 min Ukrayna əsgərinə təlim keçəcək

09.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı qışın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin 75 min hərbi qulluqçusuna təlim keçəcək.

Bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

“Biz artıq 60 min ukraynalı hərbçiyə təlim keçmişik, qışın sonuna qədər bu rəqəm 75 min olacaq. Təlimlərin Ukrayna ərazisinə keçirilməsi ilə bağlı konsensus yoxdur”, - diplomat vurğulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью