Borrell: Qəzzada qətliamın qarşısını ala bilmədiyimiz üçün məyusuq

29.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində 5 illik fəaliyyətini başa vuran Cozef Borrell açıqlamalar verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o,  İsrailin Qəzzada soyqırım törətməsinə mane ola bilmədiklərindən çox məyus olduqlarını bildirib:

"Biz Qəzzada soyqırımının qarşısını ala bilmədiyimiz üçün çox məyusuq. Ediləcək yeganə şey humanitar yardım göndərmək idi. Ona da əngəllər törədilir",- deyə o, əlavə edib.

Borrell qeyd edib ki, hazırda dünyadakı münaqişələr kritik vəziyyətə gəlib: 

"Ukraynada da vəziyyət yetəri qədər pis durumdadır. Mən düşünürəm ki, hazırda dünyamızda baş verən münaqişələr ən pis həddədir. Bu məsələlərlə bağlı ciddi tədbirlər görülməlidir".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью