Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib ki, İran ətrafındakı münaqişənin gərginləşməsi bütün İslam dünyasını qeyri-sabitliklə təhdid edir və bu vəziyyət MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrinin təhlükəsizliyinə də təsir göstərəcək.
"Cebheinfo.az" xəbər verir ki, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında çıxış edən Bortnikov bildirib ki, İran münaqişəsinin gərginləşməsi və prosesə getdikcə daha çox tərəfin cəlb olunması, şübhəsiz ki, dinlərarası və millətlərarası münasibətlərin pisləşməsinə gətirib çıxarır və bütün İslam dünyasını qeyri-sabitliklə təhdid edir:
“Yaxın Şərqdəki vəziyyətin qeyri-sabitliyinin fəsadları birlik ölkələrinin təhlükəsizliyinə birbaşa təsir göstərəcək".
FTX rəhbəri qeyd edib ki, Qərbin müdaxiləsi nəticəsində yaranan böhranlar çox vaxt konkret dövlətlərin sərhədlərindən kənara çıxır:
"ABŞ və İsrailin İranla silahlı münaqişəsi vəziyyətin məhz bu ssenari üzrə inkişaf etməsi risklərini yaradır".
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin