Borumənd Fondu: İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib

21.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib".

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə Əbdürrəhman Borumənd İnsan Haqları Fondunun hesabatında bildirilib.

Fondun "İran: Sərhədsiz dövlət zorakılığı" başlığı ilə hazırladığı sənəddə İslam Respublikasının ölkə daxilində və xaricində 45 illik zorakılığı ifşa edilib.

Hesabatda 862 məhkəməsiz edam, 124 ölümlə hədələmə, ya adam oğurluğu və sui-qəsd cəhdi qeydə alınıb.

Fondun məlumatına görə, bu hallarda İranın hökumət rəsmilərinin, diplomatlarının və təhlükəsizlik qüvvələrinin rolu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью