Borussiya 19 yaşlı müdafiəçiyə 80 milyon avro qiymət qoydu

28.11.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Arsenal", "Liverpul" və "Mançester Yunayted" Dortmund "Borussiya"sının müdafiəçisi Joane Qadunu izləyirlər. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Dortmund klubunun rəhbərliyi 19 yaşlı futbolçunu ucuz qiymətə buraxmaq niyyətində deyil. Buna görə də almanlar mərkəz müdafiəçisi üçün 80 milyon avrodan aşağı olan heç bir təklifi nəzərdən keçirməyəcək.

Qadu bu yay 19,5 milyon avro qarşılığında "Zalsburq"dan "Borussiya"ya keçib. Onun klubla müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, fransalı futbolçu cari mövsümdə 17 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью